Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Həqiqətən, Allah Əzzə və...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah qullarından tövbəni qəbul edir. Əgər qul gündüz günah edib gecə tö...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Hər gecə uca v...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, hər gecə, uca və müqəddəs Rəbbimiz gecənin son üçdə bir hissəsində dünya səm...
Ən-Numan bin Bəşirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o barmağıyla qulaqlarına işarə edərək: Peyğəmbərin (Allahın salavatı və salamı...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əşyalara dair ümumi qaydanı açıqlayır və dində bunun üç qisim olduğunu bildirir: aşkar hala...
İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə...
İbn Abbas (Allah ondan və atasından razı olsun) xəbər verir ki, o azyaşlı olarkən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir...
Sufyan bin Abdullah Əs-Səqafidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, on...
Sahabə Sufyan bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona İslam dininin mənalarını əhatə ed...

Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Hər gecə uca və müqəddəs Rəbbimiz gecənin son üçdə birində dünya səmasına enərək deyir: “Mənə dua edən varmı duasını qəbul edim? Məndən istəyən varmı ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı onu bağışlayım?"

Ən-Numan bin Bəşirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o barmağıyla qulaqlarına işarə edərək: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim" dedi: "Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələr var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa , harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir.

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) (miniyində) onun tərkində ikən o mənə buyurdu: " Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahın hududlarına qərəzsiz riayət et ki, Allah da səni qorusun. Allahın hüdudlarına riayət et ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Bil ki, bütün insanlar sənə xeyir vermək üçün toplaşsalar belə, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün cəm olsalar belə yenə də Allahın sənə yazdığından artıq zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr (mürəkkəbi) qurumuşdur"

Sufyan bin Abdullah Əs-Səqafidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".

Numan bin Bəşirdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: «Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular.»

Osman bin Affandan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: " Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar."

Əbu Əyyub Əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin.” Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.

Əbu Qatədədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin.

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz."

Cabirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Ömər bin Əl-Xəttab (Allah ondan razı olsun) mənə dedi: Bir kişi dəstəmaz aldı və ayağında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu gördü və dedi: “Geri qayıt və dəstəmazı gözəl şəkildə al!” O kişi qayıdıb yenidən dəstəmaz aldı, sonra namaz qıldı.

Amr bin Amirdən (Allah ona rəhmət etsin) rəvayət edildiyinə görə Ənəs bin Malik (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı. Dedim ki: Bəs siz necə edirdiz? O da: Bizdən birisi dəstəmazını pozmadığı müddətcə aldığı dəstəmaz ona kifayət edərdi- deyərək cavab verdi.