Əbu Humeyddən və ya Əbu Useyiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə b...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidə daxil olarkən ümmətinə: «Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!» deməsini, U...
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsan evinə da...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evə girərkən və yeməyə başlamazdan əvvəl Allahı zikr etməyi əmr edir və bildirir ki, əgər bi...

Əbu Humeyddən və ya Əbu Useyiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Sizdən biri məscidə daxil olduqda: Allahumməftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin".

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur. Lakin insan evinə girərərkən Allahı zikr etməzsə, şeytan öz ardıcıllarına deyər: Gecələməyə yeriniz var. Yemək yediyində Allahı zikr etməzsə şeytan onlara deyər ki, artıq həm gecələməyə yeriniz, həm də yeməkdən payınız vardır.