Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sor...
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşuldu: İslamın hansı xüsusiyyəti daha üstündür? Allah Rəsulu (Allahın salavatı və sal...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Sizi Allahın gü...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun)
səhabələrindən soruşdu ki, onları, günahların bağışlanmasına,
onların əməllərin yazan mələ...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Güclü mömin zəif...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, hər bir mömin xeyirlidir. Lakin imanı, əzmi, malı və digər cəhətləri ilə güclü...
İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Cəbrayıl israrla, təkrar-təkrar ona qonşuya diqqət göstərməyi əmr etdi. E...
Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Kim qardaşının...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim müsəlman qardaşının yoxluğunda onun qınanmasının, haqqında pis söyləni...
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: İslamın hansı əməli daha xeyirlidir? O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi? Dedilər: Bəli Ey Allahın Elçisi.
Dedi: "Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlar atmaq, namazdan sonra növbəti namazı gözləmək və bu ribatdır."
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır. Sənə faydalı olan şeylərə həris ol. Allahdan yardım istə və acizlik etmə. Başına bir müsibət gəldiyi zaman "əgər belə etsəydim bu cür olardı, belə olardı" demə. Lakin de ki, "Allahın qədəridir və O, istədiyini edir". Çünki "əgər" kəliməsi şeytanın edəcəyi işlərə qapı açır".
İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim."
Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Kim qardaşının ismətini qoruyarsa, Allah da onu Qiyamət günü cəhənnəm əzabından qoruyar".
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər.
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
Ənəsin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”.
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizdən biri yediyi zaman sağ əli ilə yesin, içdiyi zaman da sağ əli ilə içsin. Çünki şeytan, sol əli ilə yeyir və sol əli ilə içir".
Ömər ibn Əbu Sələmədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir. Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) himayəsində olan bir uşaq idim. Yemək yeyərkən əlim yemək qabının hər yanına dolaşırdı. Bunu görən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”. Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu.
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır."
Sələmə bin Əl-Əkvadən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan.", bunu etməyə onun təkəbbürlüyü mane oldu. Buyurdu ki: Sağ əlini bir daha ağzına apara bilmədi.