- İnsanların imanlarına görə fərqlənməsi
- Əməllərdə qüvvətli olmağın sevilməsi, çünki güc ilə əldə edilən faydalar zəifliklə əldə edilmir.
- İnsan özünə fayda verən şeylərə həris olmalı, ona fayda verməyən şeyləri isə tərk etməlidir.
- Mömin bütün işlərində Allahdan kömək istəməli, özünə güvənməməlidir.
- Qəza və qədəri isbat etmək. Bu xeyir əldə etmək üçün səbəblərdən yapışmağı və çalışmağı inkar etmir.
- Müsibət zamanı qəzəblənərək "əgər" deməyin qadağan edilməsi və Uca Allahın qəza və qədərinə etiraz etməyin haramlığı.