Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Əməllər ni...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanl...
Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: “Kim bizim yolumuza zidd...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kim dinə yenilik gətirərsə, yaxud Quran və sünnədə təsdiqini tapmayan bir əmə...
Ömər bin Əl Xattabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Bir gün biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzəri...
Ömər bin Əl-Xattab (Allah ondan razı olsun) xəbər verir ki, Cəbrayıl (Allahın ona salamı olsun) kimsənin tanımadığı insan şəklində onların yanına gəli...
Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət...
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) beş sütun üzərində qurulan İslamı inşa olunmuş möhkəm bir binaya bənzədib, İslamın digər...
Muazdan -Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağ...
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qullar üzərində olan haqqını və qulların Allah üzərində olan haqqını bəyan edir...

Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar". Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."

Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: “Kim bizim yolumuza zidd , ona aid olmayan bir yenilik gətirərsə, o rədd olunar” (Buxari,Muslim). Müslimin rəvayətinə görə: “Kim bizim şəriətimizə uyğun olmayan bir əməl edərsə, o rədd olunar”.

Ömər bin Əl Xattabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Bir gün biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında oturduğumuz zaman qəflətən içəriyə dümağ paltarlı, zil qara saçlı, üzərində səfərdən əsər-əlamət olmayan və heç birimizin tanımıdığı bir adam daxil oldu. O Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) önündə oturub, dizlərini onun dizlərinə söykədi. Sonra əllərini dizləri üzərinə qoyub belə dedi: "Ey Muhəmməd, mənə islam haqqında xəbər ver!" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:"İslam, Allahdan başqa ibadətə layiq ilah olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan ayının orucunu tutmağın və imkanın olduğu təqdirdə Allahın evini (Kəbəni) həcc etməyindir." Sual verən şəxs: "doğru söylədin"- dedi. "Biz buna təəccübləndik, o həm soruşur, həm də təsdiqləyirdi." Sonra o dedi: "Ey Muhəmməd, mənə iman haqqında xəbər ver!" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "İman: Allaha, Onun mələklərinə, peyğəmbərlərinə, kitablarına, axirət gününə və qədərə -xeyrinə və şərinə- inanmağındır." Sual sahibi: "Doğru söylədin." dedi. Sonra: "Ey Muhamməd! Mənə İhsan haqqında söylə" deyə buyurdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "İhsan odur ki, Allaha ibadəti sanki Onu görürmüşsən kimi edirsən, əgər bunu bacarmasan, O səni görürmüş kimi ibadət et." deyə cavab verdi. Sual sahibi (bu dəfə): "Qiyamət nə vaxt qopacaq?" deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Soruşulan bu xüsusda soruşandan daha məlumatlı deyildir."- deyə cavab verdi. Həmin adam təkrar sual verdi: "O halda, Qiyamətin əlamətləri nədir?" Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cariyənin öz ağasını dünyaya gətirməsi, həmçinin yalın ayaq, çılpaq, yoxsul çobanların (yəni bədəvilərin), yüksək binalar tikməkdə bir birilərilə yarışdıqlarını görməyindir." Sonra həmin şəxs çıxıb getdi. (Ömər dedi): Bir müddət dayandım, sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə: "Ey Ömər! O sualları soruşan şəxsin kim olduğunu bilirsənmi?" deyərək soruşdu. Dedim: "Allah və Rəsulu doğrusunu bilir." Peyəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O, Cəbrayıl idir. Sizə dininizi öyrətmək üçün gəlmişdi."

Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".

Muazdan -Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi? Dedim: Allah və Rəsulu ən doğrusunu bilir. Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.", Mən dedim: Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi? Müjdələmə, yoxsa arxayınlaşarlar - dedi.

Malik bin Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” deyə səslənir , Muaz da 3 dəfə : “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm.” deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“ Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar.” Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından- qurtulmaq üçün bu bilgini xəbər vermişdir.

Tariq bin Əşyəm əl -Əşcaidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kim "Ləə iləhə illallah" deyər və Allahdan başqa ibadət edilənləri inkar edərsə, malı, qanı toxunulmaz olar, hesabı isə Allaha aiddir."

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar.

Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir söz dedi, mən başqa bir söz dedim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim Allahdan başqasına dua edərsə və bunun üzərində ölərsə cəhənnəmə girər" Mən dedim: Allahdan başqasına dua etmədən ölən, cənnətə daxil olar."

İbn Abbasdan -Allah ondan və atasından razı olsun- rəvayət edilən bir hədisdə o belə demişdir: Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilən bir hədisdə o, belə demişdir: Allah Rəsulundan -salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu -salləllahu aleyhi va səlləm-: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu.

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır, həya da imanın şaxələrindəndir."