- İbadətlər Quran və sünnədə gələn dəlillərə əsaslanır, ona görə də biz uca Allaha dinə artırılmış yeniliklər və ya sonradan uydurulmuş bidətlərlə deyil, Onun əmr etdiyi qayda-qanunlara tam uyğun olaraq ibadət edirik.
- Din hər hansı bir kəsin fikri və xoşuna gəldiyi tərzdə deyil, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) tabe olmaqla gerçəkləşir.
- Bu hədis dinin kamilliyinə dəlildir.
- Bidət, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələrinin dövründə öz əksini və təsdiqini tapmayan, əqidədə , eləcə də söz və əməldə sonradan əlavə edilən yeniliklərdir.
- Bu hədis İslamın əsaslarından biridir və əməllər üçün tərəzi misalındadır. Necə ki, uca Allahın razılığı umulmayan hər bir işin savabı olmadığı kimi,Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurduğu şəriətə uyğun olmayan əməl də onu edən üçün faydasız olar.
- Qadağan olunan yeniliklər dini məsələləri əhatə edir, dünya işlərindəki yeniliklərə aid deyildir.