Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah qatında ə...
Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) ən böyük günah haqqında soruşuldu, O isə dedi: Ən böyük günah şirkdir və bu, Allahı ulu...
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşd...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməl...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ümmətimdən hər kə...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ümmətindən cənnəti istəməyəndən başqa hər kəs ora daxil olacaq.
Sahabə...
Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Xristianlar...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- xristianların Məryəm oğlu İsanı -aleyhissələm- şəriətin qoyduğu çərçivəni aşaraq ifrat dərəcədə təriflədiyi, o...
Ənəsdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizlərdən biriniz, mən o...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, müsəlman, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə o...
Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah qatında ən böyük günah hansıdır?”- deyə soruşduğumda: “Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır”- deyə cavab verdi. Mən dedim: Həqiqətən də bu böyük məsələdir. Sonra hansı?- deyə soruşdum. O Dedi: Övladının sənin yeməyinə şərik olub səninlə yeməsi qorxusuna (ruzi qorxusuna) görə onu öldürmək". Dedim: "Sonra hansı?" Dedi: "Qonşunun həyat yoldaşıyla cinsi yaxınlıq etmək".
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa
möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa", Soruşdular: Ey Allahın Rəsulu, kim ondan üz çevirər? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:" Kim mənə itaət edərsə, cənnətə daxil olar, kim mənə asilik edərsə, (cənnətdən) üz çevirmiş olar."
Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları (həddindən artıq tərifləməklə) kimi siz də məni ucaltmayın. Mən Allahın quluyam. (Mənə) Allahın qulu və Onun rəsulu deyin".
Ənəsdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz.
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sizlərə tərk etdiyim (haqqında əmr və qadağa gəlməyən) şeylərdə məni rahat buraxın (artıq suallar verməyin). Sizdən öncəkilər verdikləri sual və peyğəmbərlərinə müxalif olmaları səbəbi ilə həlak oldular, buna görə də sizə bir şeyi qadağan etdikdə ondan uzaq durun, bir şeyi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin.
Abdullah ibn Amr ibn As -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın".
Miqdəd bin Madikərib (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: Bilin ki, bir kişinin ona çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: Bizimlə sizin aranızda Allahın kitabı var , orada nəyi halal gördüksə , onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik. Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir .
Aişə və İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə onlar belə demişlər: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümündən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər". (Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözləri ilə ümmətini) onların etdikləindən çəkindirirdi.)
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlər(ibadətgah) edən qövmə Allah lənət emişdir".
Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız , dediyiniz salavatlar mənə çatar".
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir."