Mən, şərik olmağa
möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa
möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Muslim rəvayət etdi
Şərh (izah)
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır.Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.
Hadeeth benefits
Şirkin bütün növlərindən çəkindirmək lazımdır, çünki şirk əməlin qəbul olmasına maneədir.
Uca Allahın əzəmətini və Onun heç bir şeyə ehtiyacı olmadığını bilib düşünmək insana əməl edərkən ixlaslı olmağa yardım edir.
Share
Use the QR code to easily share the message of Islam with others