Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə ols...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yeri və göyləri yaratmazdan əlli min öncə məxluqatın qədəriylə əla...
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (...
Abdullah bin Məsud (Allah ondan razı olsun) dedi ki, sözlərində düzgün olan və doğruluğu uca Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salava...
Abdullah bin Məsuddan -Allah ondan razı olsun- rəvayət edildiyine görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cənnət sizə ayaqq...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cənnət və Cəhənnəmin insana ayağındakı ayaqqabı bağı qədər yaxın olduğunu xəbər vermişdir. Çünki insan, Allahı...
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cəhənnəm şəhvətlərlə(nə...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə ed...
Əbu Hureyradan(Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Allah cənnət və...
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah cənnəti yaradan zaman Cəbrayıla (Allahın salamı onun üzərinə olsun...

Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi.

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."

Abdullah bin Məsuddan -Allah ondan razı olsun- rəvayət edildiyine görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır. Cəhənnəm də həmçinin".

Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cəhənnəm şəhvətlərlə(nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".

Əbu Hureyradan(Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: Ona və onun əhli üçün orada nə hazırladığıma bax.Cəbrayıl ona baxdı və qayıdaraq dedi: İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək. Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax. O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və : İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram- dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax".Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü.Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək." Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax." Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram.

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır Deyildi ki, Ey Allahın Rəsulu, hətta bu alov belə (zalımları cəzalandırmağa) yetərli idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cəhənnəm alovu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir".

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: ​ Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim yanıma daxil oldu və mən səhvən üzərində şəkillər olan pərdə ilə şkafın üstünü örtmüşdüm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu görəndə pərdəni dartıb çəkdi, üzünün rəngi dəyişdi və dedi: “Ey Aişə, Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır” Aişə dedi: “Biz onu kəsdik və ondan bir və ya iki yastıq düzəltdik.

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır.

Əbu Hureyrədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilmişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: " "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim" Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" deməsəydi, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: (Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər) (Əl-qasas: 56).

Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Mənim hovuzum bir aylıq yol məsafəsi qədər böyükdür, suyu süddən daha ağdır, qoxusu miskdən daha gözəldir, qədəhləri göyün ulduzları qədər çoxdur, ondan içən kəs heç zaman susamaz.

Əbu Səid Əl Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: " Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı? Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli"- və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?" Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var." Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm ,39] dünyada olanlar hələ qəflətdədirlər "və onlar iman gətirmirlər." [Məryəm ,39].