- Daha böyük fitnə-fəsad törətmədikcə, münkəri (pis bir işi) gördükdə onu dərhal inkar etmək və bu işdə yubanmamaq.
- Qiyamət günü əzab, günahın böyüklüyünə görə fərqlənir.
- Ruhu olan şeylərin (canlıların) şəklini çəkmək böyük günahlardandır.
- (Ruhu olan şeylərin ) şəkillərini çəkməyin qadağan edilməsində olan hikmətlərindən biri, niyyətində olub-olmamasından asılı olmayaraq, rəsm çəkənin Uca Allahın yaratmasına bənzər əməl etməsidir.
- Şəriət, haramlardan çəkindikdən sonra malı istifadə edərək onu qoruyub saxlamağa həvəsləndirir.
- Hansı formada olursa-olsun, hətta kiçik görülsə belə, ruhu olan şeylərin şəkillərinin düzəltməyin qadağan olunması