- İnsanı şəhvətinin arxasınca sürükləyən səbəblərdən biri də şeytanın insana şər və çirkin şeyləri gözəl göstərməsidir. Beləcə, nəfs onu gözəl görür və ona meyil edir.
- Hədisdə nəfsə xoş gələn haramlardan uzaq durmaq əmr edilmişdir. Çünki bu, Cəhənnəmə aparan yoldur. Həmçinin nəfsə xoş gəlməyən şeylərə də səbr etmək əmr edilmişdir.Çünki bu da Cənnətə aparan yoldur.
- Hədisdə nəfslə mücadilə etməyin, ibadətlərə həris olmağın, nəfsin xoşlamadığı şeylərə və itaətləri əhatə edən çətinliklərə səbr etməyin fəziləti bəyan edilmişdir.