Cundəb -Allah ondan razı olsun- rəvayət edir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Allah qatındakı dərəcəsini və həmçinin İbrahimin -aleyhissəlam- Allah qatında məhəbbətin ən yüksək...
Əbul-Həyyac Əl-Əsədidən belə dediyi rəvayət edilir: Əli bin Əbi Talib (Allah ondan razı olsun) mənə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini mövcud olan hər ruha malik canlının təsvirini və ya timsallarını aradan götürmə...
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ( Bədbinlik...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bədbinlik niyyəti ilə quş uçurmaqdan, bu məqsədlə istər eşidilən, istərsə də gözlə görünən q...
İmran bin Husayndan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bəxti, uğuru...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətindən olan insanların bəzi əməllərinə görə " O, bizdən deyil” sözləri ilə, onlara xəbə...
Ənəs bin Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Özbaşına yoluxma...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, cahiliyyə dönəmi insanlarının bir xəstəliyin Allahın təqdiri olmadan öz-özün...
Cundəb -Allah ondan razı olsun- rəvayət edir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm".
Əbul-Həyyac Əl-Əsədidən belə dediyi rəvayət edilir: Əli bin Əbi Talib (Allah ondan razı olsun) mənə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et.
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ( Bədbinlik etiqadı ilə) "Quş uçurmaq şirkdir"-üç dəfə təkrarladı-bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
İmran bin Husayndan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bəxti, uğuru öyrənmək iddiası ilə quş uçuran və ya bu məqsədləri güdən quş uçurana müraciət edən, fala baxan və baxdıran, sehr etməklə məşğul olan və ya ona sehrbazlıq tələbi ilə müraciət şəxs bizdən deyil. Kim falçıya gedib onun dediklərinə inanarsa, o, Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil olana küfr etmiş olar."
Ənəs bin Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Özbaşına yoluxma yoxdur, uğursuzluq yoxdur və mən fə'li sevirəm. Deyildi : Fə'l nədir? Dedi: "Yaxşı söz".
Zeyd bin Xalid əl-Cuhənidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yağış yağdıqdan sonra bizə sübh namazını qıldırdı. Namazını bitirincə üzünü insanlara çevirib dedi:"Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Oradakılar: "Allah və Rəsulu daha doğrusunu bilir" dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "(Allah buyurdu ki) Qullarımdan bir qismi mənə iman, bir qismi isə mənə küfr edərək sabahladı. Allahın lütfü və rəhməti ilə bizə yağış yağdırıldı deyənlər mənə iman etmiş və ulduzlara küfr etmişdir. Lakin, filan ulduz sayəsində bizə yağış yağdırıldı deyənlər isə mənə küfr edib, ulduzlara inananlardılar".
Uqbə bin Amir əl-Cuhənidən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qrup gəldi ve o, doqquz nəfərin beyətini qəbul etdi ve birinin beyətini qəbul etmədi. Onlar dedilər ki: Ey Allahın Rəsulu, doqquz kişinin beyətini qəbul edib, bunu tərk etdinmi? Allahın Rəsulu "Onun üzərində təmimə (muska) var" dedi. Həmin adam əlini (paltarının içinə) saldı və təmiməni kəsdi. Allah Rəsulu da, həmin adamın beyətini qəbul etdi və dedi: "Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar".
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən, ruqyə, tilsimlər və tivələ (sevgi duası) şirkdir."
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi xanımlarından Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz."
İbn Ömər -Allah ondan razı olsun- bir kişinin: Xeyr, Kəbəyə and olsun dediyini eşitdi. Bunu eşidən İbn Ömər -Allah ondan razı olsun- ona belə dedi: Allahdan başqasına and içilməz. Çünki mən, Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
Huzeyfə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: Deməyin ki, Allah və filankəs istədiyi oldu , əksinə deyin ki, “Allah istədi sonra isə filankəs istədi oldu”.
Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizin üçün ən çox qorxduğum kiçik şirkdir" Dedilər: Kiçik şirk nədir, ey Allahın Rəsulu? Belə buyurdu: “Riya. İzzət və cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcək: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?