- Tövhid və əqidənin ona xələl gətirəcək şeylərdən qorunması.
- Tilsimi, tivələni və şirki ehtiva edən ruqyəni istifadə etməyin haramlığı.
- İnsanın bu üç şeyi səbəb olaraq etiqad etməsi kiçik şirkdir, çünki səbəb olmayan bir şeyi səbəb etmişdir, lakin onların özlərinin fayda və zərər verdiklərinə etiqad etmək isə böyük şirkdir.
- Şirk və haram olan səbəbləri etməyin qadağan edilməsi.
- Şərii olan ruqyədən başqa, digər ruqyələrin haramlığı və şirk olması.
- Qəlb yalnız Allaha bağlı olmalıdır. Zərər və fayda, şəriki olmayan Allahdandır, xeyir yalnız Allahdan gələr və şərləri də yalnız Allah dəf edər
- İcazəli ruqyənin üç şərti var:
- -1.Onun səbəb olaraq istifadəsinə və yalnız Allahın izni ilə fayda verəcəyinə etiqad etmək
- -2.Quranla, Allahın isim və sifətləri ilə, sünnədə gələn dualar və digər icazəli dualarla etmək.
- 3.Başa düşülən dildə olmalı, içində sehr və tilsim olmamalıdır.