Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idi və dəstəmaz aldı. Ayaqların yumasına çatdıqda, Muğirə bin Şubə (Alla...
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Fatimə bint Əbi Hubeyş Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə ols...
Fatimə bint Hubeyş Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu və dedi: Məndən heyz qanı kəsilmir və heyz, ədəti günlərdən ba...
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Sizdən...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılan bir kimsənin qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığına t...
Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:...
Azan, insanlara namaz vaxtının girdiyini bildirməkdir. Azanın sözləri islam əqidəsini özündə əhatə edən sözlərdir. Peyğəmbər (Allahın salavatı və s...
Abdullah bin Amr bin əl-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə ded...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün azan verildiyi zaman müəzzini eşidən kimsənin: "Həyyə aləs-saləh, Həyyə aləl-fələ...

Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi:Onları çıxarma, çünki mən təharətli(dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Fatimə bint Əbi Hubeyş Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə soruşdu: "Mən davamlı olaraq heyz oluram, (həmin müddətdə) namazı tərk edimmi? Cavab verdi: Xeyr, bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl."

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın».

Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-saləh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".

Abdullah bin Amr bin əl-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedyini eşitmişdir: «Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».

Sə'd bin Əbi Vaqqasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu billəhi Rabbən və bimuhəmmədin rasulən, və bil-isləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".

Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kor kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: "Ey Allahın Rəsulu, məni məscidə aparacaq bir kimsəm yoxdur."-deyərək, Allah Rəsulundan ona öz evində namaz qılmağı icazə verməsini istədi. İlkin olaraq ona icazə verdi, lakin adam çıxıb getmək istəyəndə onu çağırıb dedi: “Azanı eşidirsənmi? O: “Bəli!” - dedi. Bu zaman Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "O zaman cavab ver( camaat namazına gəl)"

Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdiyi rəvayət edilir: «Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?» Səhabələr: "O kəsin üzərində çirkdən heç bir şey qalmaz" dedilər. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Beş vaxt namaz da bunun kimidir, Allah onunla günahları silib yox edir.»

Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum: Hansı əməl Allaha daha sevimlidir? Buyurdu: "Vaxtında qılınan namaz" Dedi: "Sonra hansı?" Buyurdu: Valideynə yaxşılıq" Dedi: Sonra hansı?" Buyurdu: "Allah yolunda cihad" Dedi: Allah Rəsulu mənə bunları söylədi. Əgər soruşmağa davam etsəydim, o da cavab verməyə davam edərdi.

Osmandan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, dedi: Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu eşitdim: "Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir.

Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".

Amr bin Şueyb, atası vasitəsilə babasından rəvayət edərək dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”.