- Dəstəmazı gərəkdirən amillərdən dəstəmaz alarkən xufların üzərinə məsh çəkməyə izn verilməsi, lakin qüsl tələb olunan hallarda ayaqları yumaq vacibdir.
- Məsh, yaş əli bir dəfə xufların altına deyil, üstünə sürtməklə olur.
- Xoflar üzərinə məsh çəkmək üçün şərt, ayaqları su ilə yuyub dəstəmazı tam bitirdikdən sonra geyinmək, həmçinin xufların pak olması, ayağdakı yuyulması vacib olan hissələrini örtməsidir. Həmçinin sidik və nəcis ifrazından sonra xuflara məsh etmək icazəlidir, lakin cənabəti və ya qüslü vacib edən halları aradan qaldırmaq üçün bədənin hər yeri yuyulmalıdır. Məsh çəkmək üçün digər bir şərt isə şəriətin müəyyən etdiyi müddətdir - yəni səfərdə olmayan şəxslər üçün bir gün, bir gecə, səfərdə olanlar üçün isə üç gün, üç gecədir.
- Ayaqları örtən corab və ya buna bənzər şeylər də xuflara qiyas edilərək onlara da məsh çəkilir.
- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl əxlaqı və təlimi, belə ki, Muğiranı xufları çıxarmağa qoymadı və narahat olmasın deyə və bu əhkamı bilsin deyə bildirdi ki, onları dəstəmaz aldıqdan sonra geyinib.