- Hədisdə azan verilərkən müəzzinin dediklərini təkrar etməyə təşviq edilmişdir.
- Azan verilərkən müəzzinin dediklərini təkrar etdikdən sonra Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat deməyin fəziləti.
- Hədisdə, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat dedikdən sonra Uca Allahdan onun Vəsiləyə nail olmasını istəməyə təşviq edilmişdir.
- Hədisdə vəsilənin manası, yalnız bir insana layiq olduğu məqamının ucalığı bəyan edilmişdir.
- Hədisdə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) fəziləti bəyan edilmişdir, belə ki, bu uca məqam məxluqat arasında yalnız ona xasdır.
- Kim, Uca Allahdan, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Vəsiləyə nail olmasını istəyərsə, qiyamət günü Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəfaəti ona halal olacaqdır.
- O uca məqama nail olması üçün ümmətindən dua etməsini istəməsi onun nə qədər təvazökar bir şəxs olduğunu ifadə edir. Baxmayaraq ki, o məqamı sahibi yalnız odur.
- Uca Allahın rəhməti və fəziləti genişdir. Buna görə də Uca Allah hər yaxşı bir əmələ on misli ilə qarşılıq verir.