Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Oğrula...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) oğruluq edənlərin ən pisinin, namazından oğruluq edən kimsənin olduğunu bildirmişdir. Çünki...
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizdən kimsə qorx...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) imamdan əvvəl başını qaldıran kəsə şiddətli xəbərdarlıq edir ki, Allah onun başını uzunqulaq...
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Əgər si...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, əgər namaz qılan şəxs namazında tərəddüd edərsə və neçə rükət namaz qıldı...
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Günəşin üzərinə doğduğ...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür. Onun xüsusiyyətlərindən...
Sovbəndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəf...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdən sonra: "Əstəğfirullah, Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışl...

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Oğruların ən pisi, (tələsik namaz qılıb) namazından oğruyandır". Ondan: Kişi namazından necə oğruya bilər? deyə soruşulunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Namazın rükusunu və səcdəsini tam olaraq etməz" deyərək cavab verdi.

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər."

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin, əgər beş rükət namaz qılıbsa, namazı (səhv səcdəsi ilə) cütə tamamlanar və əgər dörd rükət qılaraq tamamlamışdısa, bu iki səcdə şeytanı zəlil edər”.

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür, Adəm həmin gün yaradılıb, həmin gün Cənnətə daxil edilib, həmin gün oradan çıxarılıb və Qiyamət yalnız cümə günü qopacaq.»

Sovbəndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəfə (əstəğfirullah deyərək) istiğfar edər və belə deyərdi:"Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan". Əl-Vəlid buyurur ki: Əvzaiyədən soruşdum: İstiğfar necə olur? Dedi: Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm).

Əbu Zubeyrdən belə dediyi rəvayət edilir: İbn Zubeyr hər namazı salam verib bitirdikdən sonra deyərdi: "Lə iləhə illallah vahdəhu ləə şərikə ləh, ləhul mulku və ləhul həmd, və huva alə kulli şeyin qadir, lə həvlə və lə quvvətə illə billəh, və lə nəbudu illə iyyəh, ləhun nimətu və ləhul fadlu və ləhus sənəul həsən, lə iləhə illallahu muxlisinə ləhud dinə vələv kərihəl kəfirun" (Mənası): "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Ona məxsudur, həmd Ona məxsusdur və O hər şeyə qadirdir, güc və qüdrət sahibi ancaq Allahdır, Allahdan başqa ibadətə layiq ilah yoxdur və biz Ondan başqa heç kəsə ibadət etmirik, nemət və fəzilət Ona məxsusdur. Gözəl tərif Ona məxsusdur. Kafirlərin xoşuna gəlməsə belə, dini yalnız ixlasla Ona aid edərik.” Və sonra dedi: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.

Muğirə bin Şöbənin (Allah ondan razı olsun) katibi Ravvaddan rəvayət edildiyinə görə o belə demişdir: Muğirə bin Şöbə (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) göndərdiyi məktubda mənə bunu imla etdi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi: «Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cədd».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar".

Əbu Umamədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”.

İbn Ömər (Allah onların hər ikisindən) razı olsun dedi: "Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) on rükət öyrəndim: Zöhrdən öncə və sonra iki rükət, məğribdən sonra evində iki rükət, işa namazından sonra evində iki rükət və sübh namazından əvvəl iki rükət. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına daxil olmaq mümkün olmayan müəyyən bir vaxt var idi. Hafsa mənə dedi ki, müəzzin azan verdikdə, sübh vaxtı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki rükət namaz qılardı. Başqa rəvayətdə: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə namazından sonra iki rükət namaz qılardı."

Əbu Qatədə əs-Suləmidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".