- İmama tabe olan şəxsin imamla birlikdə dörd halı vardır: onlardan üçü qadağandır, bunlar: İmamdan önə keçmək, onunla eyni anda hərəkət etmək və onun hərəkətlərindən gecikib arxada qalmaq. Dördüncü: İmamın arxasında qılan şəxsin imama tabe olaraq ardıcıl hərəkət etməsi isə buyurulmuş haldır.
- İmamın arxasında qılan şəxsin namazda imama tabe olmasının vacibliyi.
- İmamdan əvvəl başını qaldıran adamın görkəminin uzunqulağa çevrilmək təhlükəsi mümkündür və bu, Allahın onu çirkin görünüşə salmasıdır.