İmran bin Hüseyndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mənim babasilim var idi, ona görə də Peyğəmbərdən (Allahın salavatı və salam...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, namazda qayda odur ki, ayaq üstə qılınır, buna aciz olarsa oturaraq qılır, otu...
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Mənim bu...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz məscidində qılınan namazın fəziləti haqqında Məkkədəki Məscidul-Haram xaric, yer üzündəki...
Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Osman bin Affan (Allah ondan razı olsun) Məscidun-Nəbəvini yenidən inşa etmək ist...
Osman bin Affan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidinin binasını ilk inşaasından daha yaxşı bi...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sədəqə, var-dövlə...
Allah Rəsulu(Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sədəqə sərvəti əksiltməz, əksinə var-dövlətə ziyan vura biləcək bəlaları də...
Əbu Hureyrədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: Allah buyurdu:"...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, uca və pak Allah buyurdu: «Ey Adəm övladı, vacib və müstəhəb sədəqələrdən xə...
İmran bin Hüseyndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mənim babasilim var idi, ona görə də Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz haqqında soruşdum və o dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa oturaraq qıl, ona da gücün çatmırsa, uzanaraq qıl."
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-Haram istisna olmaqla, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir».
Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Osman bin Affan (Allah ondan razı olsun) Məscidun-Nəbəvini yenidən inşa etmək istədikdə, insanlar bunu xoş görməyərək Məscidin olduğu kimi qalmasını istədilər. Bunun üzərinə Osman (Allah ondan razı olsun): mən, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» -dedi.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sədəqə, var-dövlətdən bir şey əksiltməz, nə qədər ki, qul mərhəmətlidir, əvəzində Allah da onun izzətini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar."
Əbu Hureyrədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: Allah buyurdu:" Ey Adəm övladı mənim yolumda xərclə ki, mən də sənə yetirim"
Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir."
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Borcu qaytarmaqda çətinlik çəkənə möhlət verən və ya borcunu ona tamamilə əfv edən kəsi, Allah Qiyamət günü Öz ərşinin kölgəsi altına alacaq, həmin gün o kölgədən savayı sığınılacaq heç bir kölgə olmayacaq".
Cabirdən -Allah ondan razı olsun-rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm belə buyurmuşdur: "Allah satarkən, alarkən, borcunu istəyərkən insanlarla mülayim davranan kimsəyə rəhm etsin".
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İnsanlara tez-tez borc verən bir adam var idi.O,xidmətçisinə(borcları toplayan) belə deyərdi: Borcunu qaytara bilməkdə çətinlik çəkən birinə getsən, onun borcundan keç. Bəlkə Allah da bizim günahlarımızdan keçər. Nəhayət o kişi Allaha qovuşdu və Allah da onun günahlarından keçdi".
Xovlə Əl-Ənsaridən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edildir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var."
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim Ramazan orucunu imanla və savabını yalnız Allahdan umaraq tutarsa, o kəsin keçmiş günahları bağışlanar."
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar.