- İnsanların əlində olan var-dövlət Allahın sərvətidir. O bu sərvəti qullarına batil xərclərdən çəkinərək , şəriətlə icazəli üsullarla istifadə etməsi üçün vermişdir. Bu, həm rəhbərlərə, həm də sıravi insanlara aiddir.
- Şəriətin ümumi mal-dövlət barədə şiddətlə göstərdiyi önəm. Kim mal-dövlətə sahib olarsa, Qiyamət günü bu sərvətin əldə edilməsinə və istifadəsinə görə sorğu sual edilər.
- Bu xəbərdarlığa-istər öz sərvətini, istərsə də başqasının var dövlətini qeyri-şərii üsullarla istifadə edənlər daxildir.