Səhl bin Səad - Allah ondan razı olsun - rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Kim mənə iki çənəsi arasındakı...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bizə iki iş barəsində xəbər verir. Əgər müsəlman bunların hər ikisinə əməl edərsə,Cənnətə daxil ola...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə on iki döyüşdə iştirak etmiş Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edili...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dörd şeyi qadağan etdi: Birincisi: Qadının, əri və ya məhrəmlərindən biri- oğul, ata, qar...
Usamə bin Zeyddən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Məndən sonra kişil...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, özündən sonra kişilər üçün qadınlardan daha zərərli sınaq və imtahan yox...
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: " Dünya şirin...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, dünya, ləzzəti şirin, görkəmi gözəldir, ona görə də insan ona aldanar, ona qər...
Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Vəl...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qadının vəlisi olmadan nikah bağlanmasının səhih olmadığını bəyan etmişdir.

Səhl bin Səad - Allah ondan razı olsun - rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm".

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə on iki döyüşdə iştirak etmiş Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki , o, demişdi: Mən Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) dörd söz eşitdim və mənim xoşuma gəldi. O, belə dedi: Yanında əri və ya məhrəmi olmayan qadın iki günlük məsafəyə yola çıxmasın İki gün: Fitr (Ramazan) və Qurban bayramı günləri oruc tutulmaz. Sübh namazından sonra günəş çıxana qədər və əsr namazından sonra günəş batana qədər namaz yoxdur. (İbadət üçün) üç məsciddən başqasına səfər edilməz: Məscidul-Həram, Məscidul-Əqsa və mənim bu məscidim.”

Usamə bin Zeyddən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Məndən sonra kişilər üçün ən təhlükəli fitnə( yoldan çıxaran) qadınlar olacaq."

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: " Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun! Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.

Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Vəlisiz nikah yoxdur".

Uqbə bin Amirdən (Allah ondan razı olsun) Allah Rəsulunun(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Yerinə yetirməli olduğunuz şərtlərin ən vacibi, evlilikdə qoyulan şərtlərdir."

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Dünya keçici bir ləzzətdir. Dünya ləzzətinin ən xeyirlisi saleh qadındır."

Abdurrəhman bin Əbi Leylədən rəvayət edildiyinə görə, onlar Huzeyfənin (Allah ondan razı olsun) yanında idilər və o, su istədi və bir məcusi ona içməyə bir şey verdi və məcusi fincanı onun əlinə qoyduqda, Huzeyfə onu məcusinin üstünə atıb dedi: Əgər onu dəfələrlə qadağan etməsəydim-Sanki demək istəyirdi ki: Mən bu cür etməzdim- lakin mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: İpək və atlaz geyinməyin, qızıl və gümüş qablardan içməyin və onlardan hazırlanmış qablarda yemək yeməyin, çünki bunlar dünyada onlar (kafirlər) üçün, axirətdə isə bizim üçündür”.

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) saçın bir hissəsinin kəsib, digər hissəsini saxlamağı qadağan etdi.

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Bığlarınızı qısaldın, saqqallarınızı uzadın".

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın, kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın."

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”. ​