Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, gözəl əxlaq insanı gündüzlər oruc tutan, gecələr namaz qılanın dərəcəsinə...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən ka...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, iman baxımından ən kamil insan-əxlaqı gözəl olandır, o bu əxlaqa üzündəki tə...
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqı...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, insanı cənnətə salan səbəblərin ən başlıcası iki səbəbdir:
Allah qorxus...
Ənəs bin Məlik (Allah ondan razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında ən gözəl əxlaqa sahib idi...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun)
dı insanlar arasında ən kamil əxlaqa malik idi, özündə bütün ali əxlaqları və gözəl keyfi...
Sad bin Hişam bin Amir Aişənin (Allah ondan razı olsun) otağına daxil olub dedi: Ey möminlərin anası, mənə Allah Rəsulunun (Allahın salavatı və sala...
Möminlərin anası Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı haqqında soruşulduqda o, geniş məna...
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır."
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir."
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq." Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Ənəs bin Məlik (Allah ondan razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında ən gözəl əxlaqa sahib idi.
Sad bin Hişam bin Amir Aişənin (Allah ondan razı olsun) otağına daxil olub dedi: Ey möminlərin anası, mənə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqından xəbər ver! Aişə anamız (Allah ondan razı olsun) isə belə cavab verdi: "Sən Quran oxumursanmı? Dedim: Əlbəttə oxuyuram. O dedi: Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı Quran idi.
Şəddad bin Əvs (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki şey əzbərlədim: O buyurdu: "Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib, əgər (haqlı olaraq kimisə) öldürəcəksinizsə onu gözəl qaydada öldürün, heyvan kəsəcəksinizsə, onu gözəl üslubla kəsin. Sizdən biriniz bıçağını itiləsin, heyvanı kəsdikdə ona əziyyət verməsin."
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır, onlar hökmlərində, ailələrində və idarə etdikləri məsələlərdə adil davrananlardır."
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Nə (özünə və ya başqasına) zərər vermək, nə də zərərə zərərlə qarşılıq vermək olmaz, kim başqasına zərər verərsə, Allah onu zərərə uğradar, kim başqasına çətinlik törədərsə, Allah onu çətinliyə salar.
Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: “Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə"-dedi.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır."
Abdullah bin Amr (Allah onların hər ikisindən razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir nəfərin din qardaşına, artıq dərəcədə həyalı olduğu üçün bu xislətini tərk etməyi nəsihət etdiyini eşidir və deyir:" Həya imandandır."