Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edili...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Quranı oxuyana, əhkamlarına əməl edənə, oxuyaraq əzbərləyənə, cənnətə daxil...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizlərdən biriniz...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, namazda üç ayə oxumağın savabı, insanın evindəki üç kök, böyük, hamilə dəvədə...
Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Bu...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sinələrdə əzbərlənən Quranı unutmamaq üçün ona bağlı qalmağı və onu mütəmadi olaraq oxumağı...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Evlərinizi qəbirs...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evlərdə namaz qılınmasının tərkini qadağan etmişdir. Çünki namaz qılınmayan ev qəbirstanl...
Ubey bin Kəbdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ey Əbul Munzir,...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ubey bin Kabdən Allahın kitabında olan ən əzəmətli ayə haqqında soruşur. O isə tərəddüd edir...
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir."
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizlərdən biriniz ailəsinin yanına döndüyündə orada üç kök böyük hamilə dəvə görmək istəyərmi?" Biz: "Bəli" dedik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Sizlərdən birinizin namazda oxuduğu üç ayə, üç böyük, kök, hamilə dəvəyə sahib olmaqdan daha xeyirlidir" deyə buyurdu.
Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir".
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır. "
Ubey bin Kəbdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ey Əbul Munzir, bilirsənmi ki, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?" Dedi: Mən cavab verdim: Allah və Rəsulu ən doğrusunu bilir! Dedi: "Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?" Dedi: Mən cavab verdim :{Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur.} [Əl bəqərə:255] O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun."
Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər."
Numan bin Bəşirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Dua ibadətdir", sonra bu ayəni oxudu: {Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər.} [Ğafir:60]"
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər zaman Allahı zikr edərdi.
Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur".
Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın."
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).