/ Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır.

Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır.

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır. "
Muslim rəvayət etdi

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evlərdə namaz qılınmasının tərkini qadağan etmişdir. Çünki namaz qılınmayan ev qəbirstanlıq kimidir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, şeytan Bəqərə surəsi oxunan evdən qaçar.

Hadeeth benefits

  1. Evlərdə ibadətləri və nafilə namazlarını çoxaltmağın müstəhəb olması.
  2. Qəbirstanlıqda namaz qılmaq icazəli deyil, çünki şirkə sürükləyən vasitələrdəndir və həmçinin qəbirdəkilərin şənini ifrat etməkdir. Orada yalnız cənazə namazı icazəlidir.
  3. Qəbirlər olan yerdə namaz qılmağın qadağan edilməsi sahabələr arasında artıq aydın məsələ idi. Buna görə də Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evləri, qəbirstanlıqlarda olduğu kimi namaz qılınmayan məkana çevirməyi qadağan etmişdir.