Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin
Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin.
Əl-Hakim və Ət-Tabarani rəvayət etdi
Şərh (izah)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uzun müddət isifadə olunan yeni geyim köhnəldiyi kimi, müsəlmanın qəlbindəki iman da köhnəlir və zəifləyir. Bu, ibadətdəki zəiflik, günahlara bulaşmaq və şəhvətlərə qapılmaq səbəbilədir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi uca Allaha imanımızın təzələnməsi üçün dua etməyə, fərzləri yerinə yetirməyə və çoxlu zikr və istiğfar etməyə istiqamətləndirir.
Hadeeth benefits
Allahdan sabitlik və qəlblərmizdəki imanın yeniləməsini diləməyə təşviq etmək.
İman söz, əməl və etiqaddır, itaətlə artır, günahla azalır.
Share
Use the QR code to easily share the message of Islam with others