Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın."
Muslim rəvayət etdi
Şərh (izah)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.
Hadeeth benefits
İtaət, qulun uca və pak olan Allaha yaxınlığını artırır.
Səcdədə duanı artırmağın müstəhəbliyi, çünki duanın qəbul olunma məqamlarındandır.
Share
Use the QR code to easily share the message of Islam with others