Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?" Dedi: Mən cavab verdim :{Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur.} [Əl bəqərə:255] O sinəmə vurub dedi: ...
Ubey bin Kəbdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ey Əbul Munzir, bilirsənmi ki, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?" Dedi: Mən cavab verdim: Allah və Rəsulu ən doğrusunu bilir! Dedi: "Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?" Dedi: Mən cavab verdim :{Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur.} [Əl bəqərə:255] O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun."
Muslim rəvayət etdi
Şərh (izah)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ubey bin Kabdən Allahın kitabında olan ən əzəmətli ayə haqqında soruşur. O isə tərəddüd edir, sonra deyir: Bu kürsi ayəsidir: {Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur.} Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onu dəstəkləyib, sinəsinə vuraraq qəlbinin elm və hikmətlə dolu olduğuna işarə edir. Bu elmlə xoşbəxt olması üçün və elmin ona asanlaşdırılması üçün Allaha dua edir.
Hadeeth benefits
Bu, Ubey bin Kabın (Allah ondan razı olsun) fəzilətinə dair önəmli qissədir.
Kürsi ayəsi uca Allahın kitabında ən əzəmətli ayədir, onu əzbərləmək, mənaları haqda düşünmək və ona əməl etmək lazımdır.
Share
Use the QR code to easily share the message of Islam with others