Miqdəm bin Maədi Kəribdən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Əgər biriniz qardaşını (...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, möminlər arasında əlaqəni gücləndirən və onlar arasında bir-birlərinə qarşı sevgini yayan səbəblər...
Cabir bin Abdullahdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edi...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir xeyir əməlin və başqalarına fayda verəcək hər bir söz və hərəkətin sədəqə olduğun...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: İnsandakı hər b...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir mükəlləf müsəlmanın sağlam olduğu üçün və bədən üzvlərinin yığılıb-açılması üçün süm...
Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: «Qiyamət g...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Qiyamət günü bu suallar soruşulmadan heç kəs hesab yerindən Cənnət və ya...
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Dul qadına və kasıba ə...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, əri vəfat etmiş və heç kimdən maddi dəstəyi olmayan bir qadına, həmçinin maddi e...
Miqdəm bin Maədi Kəribdən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".
Cabir bin Abdullahdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Hər bir xeyirxahlıq sədəqədir."
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: İnsandakı hər bir oynaq sümüyünə görə sədəqə vermək lazımdır Günəşin doğduğu hər gündə iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir, bir kişini miniyinə mindirməyin və onu daşımağın və ya onun yükünü miniyinə yükləməyin sədəqədir, gözəl söz sədəqədir. Namaz qılmaq üçün məscidə atdığın hər addımın sədəqədir, yoldan insanlara əziyyət verən şeyləri götürmək sədəqədir."
Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: «Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək.»
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun."
Əbu Zərrdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: "Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə."
Cərir bin Abdullahdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsanlara rəhm etməyənə izzət və cəlal sahibi olan Allah rəhm etməz"
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".
Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, belə demişdir: Mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir."
Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz ? "Aranızda salamı yayın."