- İslamın kamilliyi, yalnız başqalarına maddi və mənəvi zərər verməməklə hasil olur.
- Dilin və əlin xüsusi olaraq qeyd edilməsi, onların çoxlu xəta və zərərlərinə görədir. Çünki, şərlərin çoxu onlardan çıxır.
- Günahları tərk etməyə və Uca Allahın əmr etdiklərini yerinə yetirməyə təşviq.
- Müsəlmanların ən üstünü Uca Allahın haqqını və müsəlmanların haqlarını yerinə yetirəndir.
- Başqalarının haqlarını tapdalamaq, sözlə və ya əməllə ola bilər.
- Kamil hicrət, Uca Allahın haram etdiklərini tərk etməkdir.