Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bilirsinizmi qeyb...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) haram olan qeybətin həqiqətini bəyan edərək buyurur ki, müsəlman qardaşını onun arxasınca...
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Hər sərxoşed...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, ağlı bulandıran və onu aparan hər bir şey- istər içmək, yemək, nəfəs alma...
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alan...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) rüşvət verənə və rüşvət alana Allahın rəhmətindən uzaq olması və qovulması üçün bəd dua etmi...
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Zənn etməkdən çəki...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlar arasında təfriqə və düşmənçiliyə səbəb olan bəzi şeyləri qadağan edir və onlarda...
Huzeyfə (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "İnsanlar arasında söz...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, insanlar arasında fəsad törətmək məqsədiylə söz gəzdirənlər cəzaya layiq...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bilirsinizmi qeybət nədir?" Sahabələr: "Allah və Rəsulu ən doğrusunu bilir!"- dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "(Din) qardaşını onun xoşuna gəlmədiyi bir vəsflə xatırlamaqdır." Soruşdular: Bəs əgər qardaşımda söylədiyim vəsf olarsa? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Dediyin vəsf o kəsdə olarsa, sən onun qeybətini etmiş olarsan, əgər bu olmazsa, ona böhtan atmış olarsan."
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”.
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alana lənət etmişdir.
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir. Bir-birinizin gizli işlərini araşdırmayın, qüsurlarını axtarmayın, bir-birinizə paxıllıq etməyin, bir-birinizdən üz çevirməyin, bir-birinizə nifrət etməyin və ey Allahın qulları, qardaş olun!”
Huzeyfə (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "İnsanlar arasında söz gəzdirən cənnətə daxil olmaz."
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! -mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”.
İbn Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitabən belə buyurmuşdur: «Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır. İnsanlar iki qisimdir. Birisi: İtaətkar, müttəqi və Allah qatında dəyərlidir. Digəri də facir, bədbəxt və Allah qatında rəzil bir kimsədir. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır. Uca Allah belə buyurmuşdur: {Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır}. [Hücurat surəsi: 13]».
Aişədən (Allah ondan razə olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır."
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir". Dedim: "Ey Allahın Rəsulu, bu qatildir, bəs ölənin günahı nədir? (O niyə cəhənnəmdədir?) Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O da, müsəlman qardaşını öldürmək istəyirdi."
Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Kim bizə silah çəkərsə, o bizdən deyildir".
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar."
Əbu Əyyub Əl- Ənsaridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır."