- Alkaqollu içkinin haram edilməsinin səbəbi, sərxoşedici olmasıdır və hansı növ olmasından asılı olmayaraq hər sərxoşedici şey haramdır.
- Uca Allah tərkibindəki böyük zərər və fəsadlara görə alkaqollu içkini haram etmişdir.
- Cənnətdə şərab içmək, ləzzətin kamilliyi və nemətin tam olmasındandır.
- Kim bu dünyada öz nəfsini içki içməkdən saxlamazsa, Allah ona cənnətdə şərab içməyi haram edər. Çünki, cəza əməlin cinsindəndir.
- Ölümdən əvvəl günahlardan tövbə etməyə tələsməyə təşviq etmək.