- Uca Allah günahı örtdükdən sonra onu aşkara çıxarmağın çirkinliyi.
- Günahı açığa çıxarmaqda möminlər arasında əxlaqsızlığı yaymaq var.
- Allah bu dünyada kimin günahını örtərsə, axirətdə də örtəcək və bu Uca Allahın qullarına olan rəhmətinin genişliyindəndir.
- Kim günaha düçar olarsa, öz günahını örtməli və Allaha tövbə etməlidir.
- Günahlarını açığa çıxaran kəslərin əməllərinin günah baxımından böyüklüyü və özlərini bağışlanmadan məhrum etmələri.