Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Sizə əməllərinizin ən xe...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu: . İstəyirsinizmi ki, sizə izzət və cəlal sahibi olan, hökmdar All...
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıq...
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yatmaq üçün yatağına girərkən etdiyi şeylərdən biri də, ovuclarını birləşdirərək, dua edən...
Şəddəd bin Əvsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Seyyidul-istiğfar...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, istiğfarın (bağışlanmaq istəməyin) bir neçə sözləri vardır və onların ən üst...
Abdullah bin Xubeybdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və s...
Böyük səhabə Abdullah bin Xubeyb (Allah ondan razı olsun) xəbər verir ki, onlar bol yağışlı və şiddətli qaranlıq bir gecədə, özlərinə namaz qıldırması...
Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Allaha ən se...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca Allaha ən sevimli olan kəlimələr dörddür: Subhanallah: Yəni uca Allah...

Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və pul xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi? Onlar dedilər: Bəli. O, dedi: “Uca Allahı zikr etməkdir”.

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.

Şəddəd bin Əvsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Seyyidul-istiğfar (istiğfarın seyyidi) "Allahummə əntə Rabbi ləə iləhə illə əntə, xaləqtəni və ənə abdukə və ənə alə əhdikə və vədikə məstətatu, əuzu bikə min şərri mə sanətu, əbuu ləkə binimətikə aləyyə və əbuu ləkə bizənbi, fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə əntə" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”.) söyləməyindir. Kim bunu əminliklə gündüz desə və o gün axşamdan əvvəl ölsə, Cənnət əhlindən olar, kim bunu gecə əminliklə desə və səhərə çıxmamış ölsə o, Cənnət əhlindən olar".

Abdullah bin Xubeybdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?" dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «{Qul huvallahu əhəd} və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".

Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah və nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür).Hansıyla başlasan zərəri olmaz.

Əbu Əyyubdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: " Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə, İsmayıl nəslindən dörd qul azad etmiş kimi olar.

Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdih".

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar.

Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ""Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir."

Cabir bin Abdullahdan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə o, belə demişdir: Mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".

Xəvlə bint Həkim əs-Suləmiyyədən (Allah ondan razı olsun) rəvayət edilir ki, o dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: “Kim bir məkana çatıb, orada dayanıb qalarsa, ardınca “Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” duasını oxuyarsa, ona, həmin yeri tərk edənə qədər heç bir ziyan dəyməz.”