Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür
Cabir bin Abdullahdan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə o, belə demişdir: Mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".
Ət-Tirmizi, Ən-Nəsai əl-Kubrada və İbn Məcə rəvayət ediblər
Şərh (izah)
Peyğəmbər-salləllahu aleyhi va səlləm- bizə ən fəzilətli zikrin “Lə iləhə illallah" kəlməsi olduğunu, yəni: Uca Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını və eyni zamanda ən fəzilətli duanın da "Əlhəmdulillah" sözü olduğunu, yəni: Uca Allahın nemətləri bəxş edən, bütün kamil və gözəl vəsflərə layiq olan mənasına gəldiyini xəbər vermişdir.
Hadeeth benefits
Bu hədis Uca Allahı tövhid kəlməsi ilə çoxlu zikr etməyə və həmd-səna edərək Ona dua etməyə təşviq etmişdir.
Share
Use the QR code to easily share the message of Islam with others