Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır
Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdih".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Şərh (izah)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın çətinlik çəkmədən, hər zaman bu iki kəliməni tələffüz etməsi barədə xəbər verir və vurğulayır ki, əməl tərəzisində bu iki kəlimənin mükafatı möhtəşəmdir və həmçinin bildirir ki, bunlar Rəhman olan uca və müqəddəs Rəbbimizə sevimli olan kəlimələrdəndir:
"Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi" sözləri uca və müqəddəs Allahın əzəmət və kamillik sifətləriylə vəsfini və nöqsanlardan uzaq olmasını ehtiva edir.
Hadeeth benefits
Ən möhtəşəm zikr- Allahı eyiblərdən münəzzəh edən və Ona həmd səna edilən zikrin bir yerdə, bir araya gəlməsidir.
Allahın qullarına qarşı olan rəhmətinin genişliyinin bəyanı, və az əməl olsa belə O, əvəzini böyük mükafatla verir.
Share
Use the QR code to easily share the message of Islam with others