Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ""Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir."
Muslim rəvayət etdi
Şərh (izah)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, uca Allahı bu əzəmətli kəlimələrlə zikr etmək dünya və dünyada nə varsa ondan xeyirlidir. Bunlar:
"SubhanAllah": Uca Allahı hər cür nöqsanlardan pak tutmaq.
"Əlhəmdulilləh": kamil sifətləriylə Ona məhəbbət bəsləyərək və təzim edərək Onu tərifləmək.
"Ləə iləhəh illallah": Allahdan başqa haqq məbud yoxdur.
"Allahu əkbər": hər şeydən ən böyük və ən əzəmətli olan.
Hadeeth benefits
Allahı zikr etməyə təşviq və zikrin günəşin üzərinə doğduğu hər şeydən sevimli olması.
Savabına və fəzilətinə görə zikri çoxaltmağa təşviq.
Dünya ləzzəti az və ehtirasları keçicidir.
Share
Use the QR code to easily share the message of Islam with others