Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.
Əl-Buxari rəvayət etdi
Şərh (izah)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yatmaq üçün yatağına girərkən etdiyi şeylərdən biri də, ovuclarını birləşdirərək, dua edən insan kimi əllərini qaldırar, xəfif tüpürərək ovuclarına üfürər , İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə başından, üzündən, bədənin ön qismindən başlayaraq, əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Bunu üç dəfə edərdi.
Hadeeth benefits
Yatmazdan öncə əllərin içinə üfürməklə İxlas, Fələq, Nəs surələrini oxuyub, sonra bədənin bacarıldığı qədər hər yerinə sürtməyin müstəhəb olması.
Share
Use the QR code to easily share the message of Islam with others