- Həm zahirdə, həm də batində Uca Allahı zikr etməkdə davamlı olmaq, Uca Allaha yaxınlaşdıran ən böyük və ən faydalı əməllərdən biridir.
- Bütün əməllər Uca Allahın zikrini yerinə yetirmək üçün fərz edilmişdir. Uca Allah buyurmuşdur: (Və Məni zikr etmək üçün namaz qıl). Və o (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: "Kəbə ətrafında təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və Camaratda daş atmaq yalnız Uca Allahın zikrini yerinə yetirmək üçündür". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər.
- Əl-İzz bin Əbdis- Sələm “Qavəid” kitabında belə demişdir: “Bu hədis ona dəlalət edir ki, savab bütün ibadətlərdə çəkilən əziyyətin miqdarına görə olmur. Hərdən Uca Allah az əməllərə görə çox əməllərin savabından artıq savab verir. Buna görə də savabın miqdarı (əməlin) şərəf dərəcəsindəki fərqindən asılıdır.
- Əl-Munəvi “Feydul-Qadir”də demişdir: “Bu hədis belə təfsir edilmişdir ki, zikr, onunla xitab edilən kəslər üçün daha xeyirli idi . Əgər bu xitab döyüşdə İslama fayda vermiş şücaətli, cəsur birisinə yönəlsə idi, ona cihad, kasıblara fayda verən varlıya yönəlsə idi, ona sədəqə, həccə qadir olan birisinə yönəlsə idi, ona həcc etmək və ata-anası sağ olan birisinə yönəlsə idi, ona, onlara yaxşılıq etmək (ən xeyirli əməl kimi) deyilərdi. Və bununla da xəbərlər arasında uyğunluq hasil olur.
- Ən kamil zikr, qəlbin təfəkkürü (fikirləşməsi) ilə birgə dilin söylədiyi zikrdir. Sonra yalnız təfəkkür kimi qəlblə olan, sonra isə yalnız dillə olan zikrdir. Və hər birində in şəə Allah mükafat vardır.
- Müsəlmanın səhər və axşam zikrləri, məscidə, evə, ayaqyoluna girib-çıxarkən və sair kimi hallarla bağlı zikrləri davamlı etməsi, onu Allahı çox zikr edənlərdən edir.