Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- belə demişdir: “Mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dedi­yi­ni eşitdim: "Kim Al...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və...
İbn Abbasdan (Allah onların ikisindən də razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Zül...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, zülhiccənin ilk on günündə edilən saleh əməllər ilin digər günlərindən dah...
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: Həqiqətən Allah si...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca və pak olan Allah qulların zahiri görünüşlərinə və bədənlərinə baxmaz ki, o...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah q...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqətən Allah qısqanır, kin bəsləyir, nifrət edir necə ki, mömin qısqan...
Əbu Hureyrədən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Həlak edən yeddi günahdan çəkinin!”...
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə ümmətinə yeddi həlak edici günahlardan uzaq durmalarını əmr edir. Peyğəmbərdən -salləllahu aleyhi...

Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- belə demişdir: “Mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dedi­yi­ni eşitdim: "Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".

İbn Abbasdan (Allah onların ikisindən də razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Zülhiccənin ilk on günündə edilən saleh əməl kimi Allaha ən sevimli olan başqa günlər yoxdur." Dedilər: Ey Allahın Rəsulu, Allah yolunda cihad belə? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Allah yolunda savaş belə.Yalnız öz canı və malıyla döyüşə çıxıb və şəhid olub geri dönməyən kimsə istisnadır."

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar.

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah qısqanır və mömin qısqanır, Allahın qısqanclığı möminin haramlara əl atmasına görədir"

Əbu Hureyrədən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər -salləllahu aleyhi va səlləm- buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".

Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.

Abdullah bin Amr bin As (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir".

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq."

Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsa­fədən hiss edilir".

Cubeyr bin Mutimdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz."

Ənəs bin Malikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: " Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun."

Abdullah ibn Amr -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi va səlləm- belə demişdir: "Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".