- Andın "əl-Yəminul-Ğamus" növü yəni yalandan (Allaha) and içməyin, günahının və təhlükəsinin böyüklüyündən dolayı kəfarəsi yoxdur. Buna görə ancaq tövbə edilməsi vacibdir.
- Hədisdə sadəcə bu dörd böyük günahın zikr edilməsi, bu günahların nə qədər böyük günah olduğunu göstərir. Çünki böyük günahlar yalnız bu günahlardan ibarət deyildir.
- Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından diğərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.