- Böyük günahlar, hədisdə qeyd edildiyi kimi heç də yeddi böyük günahlardan ibarət deyildir. Böyük günahların məhdud yeddi sayı ilə bildirilməsi, bu günahların başqa günahlardan daha əzəmətli və daha təhlükəli olmasına görədir.
- Qisas almaq, dindən çıxmaq və evləndikdən sonra zina etmək kimi haqlı yerə bir nəfsin qətlə yetirilməsi icazəlidir. Lakin bu, fərdi şəxslərin deyil, şəri hakimin göstərişi altında həyata keçirilməlidir.