- Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Buna görə də Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onu böyük günahların ən birincisi və ən böyüyü olaraq qeyd etmişdir. Uca Allahın: {Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kəsə bağışlayar} ayəsi də bunu təsdiqləyir.
- Valideyin haqqlarının böyüklüyü. Belə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onların haqqını Uca Allah haqqı ilə birlikdə zikr etmişdir.
- Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından digərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.