/ Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsa­fədən hiss edilir

Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsa­fədən hiss edilir

Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsa­fədən hiss edilir".
Əl-Buxari rəvayət etdi

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, kim müahidi -müahid, müsəlman ölkəsinə əhd və əmin-əman içində daxil olmasına izin verilən kafirdir- öldürərsə, onu öldürən kimsə Cənnətin iyini belə hiss etməyəcəyək. Halbuki onun iyi qırx illik məsa­fədən hiss edilir.

Hadeeth benefits

  1. Müahidi, zimmi və müstəmən olan kafirlərin öldürülməsi haramdır və böyük günahlardan biridir.
  2. Müahid: Kafirlərdən olub özündən əhd alınan, ölkəsində yaşayıb müsəlmanlara qarşı döyüşməyən və müsəlmanların da onunla döyüşmədikləri kimsədir.
  3. Zimmi: Müsəlman diyarında yaşayıb cizyə ödəyən kafirdir.
  4. Müstəmən: Müəyyən bir vaxta qədər müsəlman diyarına əmin-aman girməsinə izin verilən kafirdir.
  5. Qeyri-müsəlmanlarla bağlanan əhdlərə xəyanət edilməsi qadağan edilmişdir.