- Qohumlar- ata və ana tərəfdən olan yaxınlardır və ona görə də qohumluq telləri nə qədər yaxındırsa, onlarla əlaqələri sıx saxlamaq da bir o qədər vacibdir.
- Əməlin mükafatı yaxud cəzası, onun növündəndir, kim qohumlarla xeyir və yaxşılıq edərək əlaqə saxlayarsa, Allah onun ömrünə və ruzisinə bərəkət verər.
- İnsanın əcəli və ruzisi, qədər kitabında müəyyən həddə yazılmasına baxmayaraq, qohumlarla gözəl davranmaq onun qədərində ruzinin və ömrünün bərəkətli olmasına səbəb ola bilər. Digər insanlardan fərqli olaraq, qohumlarla əlaqə saxlayan insan daha çox və daha faydalı ömür sürür. Hədisdə ruzinin və ömrün həqiqi mənada artdığını da söyləyən alimlər var.