Bureydə bin ƏlHuseybin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Əsr namazını ilk çağında qılın, çünki Allah Rəsulu (Allahın salavatı v...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əsr namazını qəsdən vaxtını gecikdirməkdən çəkindirir və bunu edənin əməlinin batil və puç...
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim bir namazı un...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazlarından hər hansı birini vaxtı çıxdıqdan sonra xatırlayan kimsənin, xatırladığı z...
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Münafiqlərə ən ağır gə...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) münafiqlərin, xüsusən də sübh və işa namazlarına gəlmə məsələsində tənbəl olmaları, əgər onl...
Əbu Əvfədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belin...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda rükudan belini qaldırdığı zaman belə deyərdi: Səmi Allahu limən həmidəh. Yəni: Ki...
Huzeyfədan (Allah ondan razı olsun) rəvayət edildiğinə görə: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında oturduğu zaman «Rabbiğfir li, Rabbiğfir li» diyərək bunu təkrar edərdi....
Bureydə bin ƏlHuseybin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Əsr namazını ilk çağında qılın, çünki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əsr namazını tərk edənin əməli batil olar""
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". {Məni xatırlamaq üçün namaz qıl!} [Ta-Ha Surəsi: 14].
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər. Mən, namazın iqamə edilməsini, sonra da bir kişiyə camaata namaz qıldırmağı əmr etməyi daha sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, namaza gəlməyənlərin evlərini yandırmağı istədim".
Əbu Əvfədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd".
Huzeyfədan (Allah ondan razı olsun) rəvayət edildiğinə görə: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbiğfir li, Rabbiğfir li».
İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahumməğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).
Hittan bin Abdullah ər-Rəqqaşi belə demişdir: Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) ilə birlikdə namaz qıldım. Oturuş əsnasında camaatdan bir kişi: “Namaz, yaxşılıq və zəkatla birlikdə iqrar olundu” dedi. Əbu Musa namazı qılıb qurtardıqdan sonra: “Sizdən bu sözü söyləyən kim idi?” diyə soruşdu. Camaat susdu. O yenədə: “Sizdən bu sözü söyləyən kim idi?” diyə təkrar soruşdu. Camaat yenədə susdu. O da: “Ola bilsin o sözü söyləyən sənsən ey Hittan!” dedi. Hittan da: “Mən söyləmədim" dedi. Hittan deyir ki: bundan dolayı məni danlayacağından qorxdum. Bu zaman camaatdan bir kişi: “Onu mən söylədim, ancaq bunu söylərkən niyyətim xeyirdən başqa bir şey deyildir” dedi. Əbu Musa da: “Məgər siz namazınızda nə söyləyəcəyinizi bilmirsinizmi? dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə bir xütbə verdi və o xütbədə bizə sünnəmizi bəyan etdi və namazımızı bizə öyrətdi və belə buyurdu: «Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam təkbir etdiyi zaman siz də təkbir edin» "Ğayril-məğdubi aleyhim valad-dallin” (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) [Fatihə surəsi: 7] dediyi zaman siz: “Əmin” deyin ki, Allah duanıza cavab versin. İmam təkbir edib, rükuya getdiyi zaman siz də təkbir edin və rükuya gedin. Çünki imam sizdən öncə rüku edər və sizdən öncə rükudan qalxar». Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O, bu şəkildədir. İmam: “Səmi Allahu limən həmidəh” dediyi zaman: “Allahummə Rabbənə va ləkə-l-həmd” deyin. Allah sizi eşidər. Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dili ilə “Səmiallahu limən həmidəh” (Allah Ona həmd edəni eşitdi!)» buyurmuşdur. İmam təkbir edib, səcdəyə getdiyi zaman siz də təkbir edib, səcdəyə gedin. Çünki imam sizdən öncə səcdəyə gedir və sizdən öncə səcdədən qalxır.» Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O da, bu şəkildədir». İmam oturduğu zaman sizin ilk sözünüz bu olsun: «Ət-Təhiyyatu, ət-Tayyibətu, əs-Saləvatu lilləhi, əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-Sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu».
İbn Məsudun (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi." "Əttəhiyyətu lilləhi vas-salavatu vat-tayyibətu. Əssələmu aleykə əyyuhən Nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhissalihin, əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu".
Buxari və Muslimin rəvayət etdiyi başqa ləfzdə:
" Həqiqətən Allah Salamdır, sizlərdən biriniz namazda oturanda desin:
" Ət-təhiyyətu lilləhi vas-salavatu, vat-tayyibətu. Əssələmu aleykə eyyuhən-nəbiyyu və rahmətullahi va barakatuhu. Əssələmu aleynə va alə ibədilləhis-salihin. Bunu dedikdə, yer üzərində və səmada olan hər saleh qul (bundan) faydalanır. Əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu. Sonra istədiyi duanı edə bilər.
Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dua edərdi: Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, məsih dəccəlin fitnəsindən Sənə sığınıram".
Muslimdə keçən ifadə isə belədir: "Sizlərdən biriniz sonuncu təşəhhüdü bitirdikdə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən və Məsih Əd-dəccəlin şərindən."
Mədən ibn Əbi Talha Əl-Yəməridən belə söylədiyi rəvayət edilir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) xidmətçisi Səvbanla görüşdüm və dedim: Mənə, edəcəyim elə bir əməl haqqında xəbər ver ki, Allah onunla məni Cənnətə daxil etsin? Yaxud dedi: Dedim: Mənə əməllərin Allaha ən sevimlisini xəbər ver. O, isə susdu. Sonra ondan yenə soruşdum və o, susdu. Sonra üçüncü dəfə ondan souşdum və dedi: Mən bu haqda Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum, o, isə belə dedi: Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın .” Mədən dedi: Sonra Əbu Dərda ilə görüşdüm və ondan da bu haqda soruşdum, o, da mənə Səvbanın dediyinin eynisini dedi.
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə o görə belə demişdir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Yemək hazır olarkən və bir də böyük və kiçik ayaq yolu ehtiyacı olarkən namaz qılınmaz".
Osman bin Əbil-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə: O, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Allahın Rəsulu, şeytan mənimlə namazım və qiraətim arasına girdi, namazımı və qiraətimi qarışdırdı” dedi. Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: "Bu Xinzəb deyilən şeytandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür". Osman dedi ki: mən elə etdim, Allah da onu məndən uzaqlaşdırdı.