/ Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahumməğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir)...

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahumməğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir)...

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahumməğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).
Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda iki səcdə arasında müsəlmanın ən çox ehtiyacı olduğu bu beş duanı edərdi. Bu dualar dünya və axirət xeyrini, bağışlanma diləyini, günahların yad nəzərlərdən gizlədilməsini və onların əfvini, son dərəcə bol rəhməti, şübhələrdən, nəfsani istəklərdən, xəstəliklərdən, dərdlərdən salamat olmağı, Allahdan haqq üzərində hidayət diləyini və onun üzərində sabit olmağı, imandan, elmdən, saleh əməllərdən, təmiz halal qazancdan ruzi istəyini özündə birləşdirir.

Hadeeth benefits

  1. İki səcdə arasndakı oturuşda bu duanı etmək namazın qaydalarındandır.
  2. Dünya və axirət xeyirlərini əhatə etdiyinə görə bu dualar fəzilətlidir.