Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin(Allahın salavatı və salamı onun üzərinə olsun) belə d...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahın qüdsi bir hədisdə belə buyurduğunu xəbər vermişdir: Namazda Fatihə surəsini qulu...
Bureydədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Bizimlə on...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlarla, kafirlər və münafiqlər arasındaki əhd-peymanın namaz olduğunu və onu tərk edə...
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazların tərk edilməsindən çəkindirmiş, kişi ilə şirkə və küfrə düşməsi arasında nama...
Səlim bin Əbil-Caddan rəvayət edildiyinə görə bir kişi: “Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim” deyincə, orada olanlar sanki onun bu sözündə...
Səhabələrdən bir kişi; "Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim" dedi. Sanki ətrafında olanlar onun söylədiyi bu sözündən dolayı qınadılar. Bu...
Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkb...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün təkbir (Allahu Əkbər) dedikdən sonra, “Fatihə” surəsini oxumazdan əvvəl azacıq sa...

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır. Qul: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni öydü) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, (Qulum Məni ucaltdı) yaxud da: (Qulum işini Mənə həvalə etdi) deyər. Qul: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir və quluma istədiyi olacaqdır) diyə buyurar. Qul: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, quluma aiddir, quluma istədiyi veriləcəkdir) diyə buyurar.

Bureydədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".

Səlim bin Əbil-Caddan rəvayət edildiyinə görə bir kişi: “Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim” deyincə, orada olanlar sanki onun bu sözündə ayıb gördülər, bu zaman kişi onlara belə dedi mən: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».

Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi."-deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmiallahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.

Ubədə bin Samit (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Fatihə surəsini oxumayanın namazı yoxdur (səhih deyildir)"

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə O, Fərz və digər bütün namazlarda, Ramazan ayında və ramazandan başqa aylarda hər namazda təkbir gətirirdi. Namaza qalxdıqda təkbir gətirərdi, rüku edərkən də təkbir gətirərdi. Sonra: "Səmi Allahu limən həmidəh" deyib rükudan qalxdıqdan sonra səcdə etməzdən əvvəl: "Rabbənə və ləkə-l-həmd" deyərdi. Sonra səcdə etmək üçün əyildiyində təkbir edir, səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi sonra təkrar səcdə etmək üçün təkbir gətirir sonra səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi. İkinci rükəti qılıb qurtardıqdan sonra üçüncü rükətə qalxarkən yenə təkbir gətirirdi. Sonra da bunu namazın hər rükətində namazı biti­rənə qədər edirdi. Namazı bitirib insanlara tərəf dönüb: Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi.

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi: Alın üzərinə -əli ilə də burununa işarə etdi-, iki əl, iki diz və iki ayağın ön tərəfdən uclarına və mənə namaz əsnasında saç və paltarı yığmamaq əmr edildi".

Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi:"Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz.Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!".

Əbu Musa Əl-Əşəridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”

Cundub bin Abdullah əl-Qasridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar. Ona görə Allahın himayəsi altında olan kəsə əziyyət verməkdən çəkinin və özünüz də bu əhdi, himayəni pozmayın, kim bunu edərsə cəzaya uğrayar və cəhənnəmə üzü üstə atılar".