- Sübh və əsr namazlarını qorumağın fəziləti, çünki sübh namazı yuxunun şirin olduğu vaxt, əsr namazı isə insanın öz işi ilə məşğul olduğu vaxt olur. Ona görə də bu namazlara diqqət edən kəs, digər namazlara da diqqət yetirər.
- Sübh və əsr namazları bərdeyn adlanır, çünki sübh namazında gecənin sərinliyi, əsr namazında isə günortanın sərinliyi vardır.(bərd -ərəbcə sərinlik deməkdir) Əsr namazı isti vaxtda olsa da belə, istiliyi özündən əvvəlki vaxtdan daha yüngüldür. Və ya onun bu cür adlandırılması üstünlük yönündəndir, (ərəblərdə) ay və günəşə iki ay deyilməsi kimi.