/ Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir

Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir

Bureydədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlarla, kafirlər və münafiqlər arasındaki əhd-peymanın namaz olduğunu və onu tərk edənin kafir olacağını bəyan etmişdir.

Hadeeth benefits

  1. Hədisdə namazın dəyərinin nə qədər əzəmətli olduğu ifadə edilmişdir. Namaz, mömin ilə kafiri bir-birindən ayıran bir özəllikdir.
  2. İslamın əhkamları, insanın qəlbindəki ilə deyil, zahirdəki halı ilə sabit olur.