- Səsli namazda olsa da belə, açılış duasını gizli oxumaq.
- Səhabələrin (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hərəkətlərində və sükunətindəki hallarını bilməyə can atmaları.
- Açılış duasının başqa formaları da varid olmuşdur. Yaxşı olar ki, insan ondan (Allahın salavatı və salamı onun üzərinə olsun) varid və sabit olan açılış dualarını öyrənsin və hər dəfə birini söyləsin.